
220
0
saglam_qidalanma / 2021-02-25 13:08:40
FITNESS-lə BAĞLI 20 VACİB QİDA
Fitness-lə məşğul olanlar üçün vacib olan ən önəmli qidadır. Bizdə bu qidalardan bəzilərini sizlərə təqdim edirik. Buyurun keçək mövzumuza.
1.Yumurta
Bir yumurtada çox miqdarda zülal var (6-8 q), vitamin, sink,
dəmir və kalsium ilə zəngindir. Ona görə əzələ kütləsini artırmaq üçün ən
balanslaşdırılmış və vacib qidalardan biri hesab olunur.
2. Toyuğun döş əti
Siz hər 100 qram toyuğun döş ətindən minimal yağ miqdarı ilə
təxminən 21 qram zülal alırsınız. Toyuğun döş əti nisbətən ucuz, asan
hazırlanır və ən müxtəlif üsullar ilə hazırlamaq olar.
3. Su
Düzdü su yemək deyil, lakin hidratlaşma əzələ qurulmasının
vacib hissəsidir. Bizim orqanizmin 70% sudan ibarətdir, əzələlər isə 75% sudan
ibarətdir. Güc göstəricilərin artması, enerjinin çox olması və yaxşı həzm üçün
lazımı qədər su qəbul etmək vacibdir. Çalışın hər kiloqram çəkiyə görə 0,6 ml
su qəbul edin. (Bizim su və bodibildinq məqaləsindən ətraflı məlumat ala bilərsiz)
4. Balığ yağı
Balığ yağı məşqdən sonra orqanizmə bərpa olmağa kömək edir,
bu o deməkdir ki siz daha çox məşq edə bilərsiz. Eyni zamanda balığ yağı sizin
metabolizmanızıda sürətləndirəcək.
5. Mal əti
Orqanic mal əti (tarlalarda qidalanan) omeqa 3 yağları ilə zəngindir,
400% daha çox A vitamini və Vitamin E var. Keyfiyyətli zülal mənbəyidir.
6. Hind quşu
Hind quşu – çox keyfiyyətli zülal və 11 vitamin və mineral mənbəyidir.
Eyni zamanda selenyum ilə boldur, hansı ki son araşdırmalara görə bəzi rak növlərinə
qalib gələ bilir.
7. Qreçka
Qreçka – əzələ kütləsini artırmağa kömək edən karbohidrat mənbəyidir.
100 qrm qreçkada 18 qram protein var, 90%-dən çox bioloji dəyər ilə. Bu tərkibində
vacib amin turşularınn konsentrasiyasının çox olduğundan irəli gələ bilər.
Qreçka sizin əzələ kütləsi artımı diyetanız üçün əla tərkib hissəsi ola bilər.
8. Yulaf
Yulaf - sağlam qidanın əvəzolunmaz komponentidir. Təmiz yulaf
özündə karbohidrat, selluloza, zülal, mineral və vitaminlər cəmləşdirir. Eyni
zamanda “yavaş” karbodidratlar olduğu üçün siz daha uzun müddət tox qalırsız, və
qanda olan şəkərin səviyyəsinin dəstəkləyisiz.
9. Ananas
Ananas “bromealin” adlanan mədə-bağırsağ həzm prosesində
proteolitik fermentlərinin zəngin mənbəyidir. Bu ferment əzələlərin iltihabını
azaldır, yağları əridir, zülal karbohidrat mübadiləsində iştirak edir. Məşqdən
sonra qidalanmada ananas çox gözəl əlavələrdən biridir.
10. İspanaq
2008-ci ildə Ratqer universitetinin tətqiqatçıları əşkar
ediblər ki, ispanaqda olan fitoekdisteroidlər əzələ kütləsinin 20% artıra bilərlər!
Ancaq bu effektə nail olmaq üçün günə 2 kg ispanaq qəbul etmək lazımdır.
11. Batat (şirin kartof)
Karbohidratlar bədəniniz üçün əsas qidadır və əzələ kütləsinin
artımına kömək edir. Batat enerji ehtiyyatlarını bərpa etmək və əzələ artımı
üçün ən yaxşı variantlardan biridir. Bundan əlavə o mineral və vitaminlərlə zəngindir.
12. Qızıl balıq
Çox güclü zülal mənbəyidir və omeqa-3 yağlarının ideal mənbəyidir.
Bu ikiqat zərbə sizə arzuladığınız əzələ kütləsi yığmağa kömək edəcək. Eyni
zamanda qızıl balıq metabolizmanızı sürətləndirməyə kömək edəcək və buda daha
tez nəticə əldə etməyə gətirəcək.
13. Whey protein
Whey protein – sürətli zülal, əsasən məşqdən sonra qəbul etmək
lazımdır. O aminturşuları özündə cəmləşdirir, hansılarki əzələ kütləsi
yığımında əsas rol oynayır. Whey proteinin əsas üstünlüyü onun bioloji dəyəri
böyük olmasındadır.
14. Brokkoli
Brokkoli qida lifləri ilə zəngindir. Siz mütləq hər gün tərəvəz
yeməlisiniz (brokkoli, ispanaq, pomidor, soğan və s. )
15. Qəhvəyi düyü
Qəhvəyi düyü – sağlam qidanın və əzələlərin qidalanmasında
vacib elementdir. 100 qram düyüdə 4 qram selluloza və 8 qram zülal var.
16. Kəsmik Kəsmik
əzələ kütləsi artımı üçün ən yaxşı məhsullardan
biridir. 100 qram kəsmikdə 28 qram zülal var. Həmdə kəsmik ona görə dəyərlidir
ki “sürətli” və”yavaş” zülalardan ibarətdir.
17. Şokolad
Bu deyəsən çox yaxşı xəbərdir doğru olmaq üçün. Ancaq şokolad
sizə əzələ kütlənizi artırmağa kömək edə bilər. Beynəlxalq idman qidaları
jurnalında dərc olunan araşdırmada aşkar olunmuşdur ki şokolad idman içkiləri qədər
effektiv ola bilər. O ümumi məşq hərəkətlərinin həcminə müsbət təsir göstərir və
yorğunluğu azaldır.
18. Qırmızı yağsız ət
Qırmızı ət yağsız ət və əvəzolunmaz amin turşuları mənbəyidir.
Eyni zamanda ət B vitamin qrupu , dəmir, fosfor, selenyum, sink, mis və kreatin
mənbəyidir.
19. Lobya, mərcimək, paxla, noxud
Lobya, mərcimək, paxla, noxud - ətin veqeterian əvəzləyiciləri.
Bu məhsulların tərkibində əzələ artımı üçün vacib olan çoxlu zülal var. Bundan əlavə
insulinin normal səviyyəsini pozmadan bizi zülalla təmin edirlər.
20. Qoz-fındıq
Qoz-fındıq bizi zülal və faydalı yağlarla təmin edirlər.
Onlar həmdə E vitamini ilə zəngindirlər, hansıki əzələlər üçün çox vacibdir.
Eyni zamanda qoz-fındıq güclü antioksidantdır, azad radikallarla mübarizə
aparır və məşqdən sonra tez bərpa olmağa kömək edir.
Mənbə: gmsport.az