
132
0
saglam_qidalanma / 2021-02-23 11:25:36
MEYVƏ VƏ TƏRƏVƏZLƏR HAQQINDA GENİŞ MƏLUMAT
Meyvə və tərəvəzlər haqqında heç yerdə bu qədər geniş məlumat görməmisiniz.
İnsan orqanizminə
Günəş enerjisini, vitaminləri, duzları və digər faydalı elementləri daşıyan,
bununla da sağlamlığın qorunmasına xidmət edən birinci əsas qida meyvələrdisə,
ikincisi tərəvəzlərdir. Meyvə və tərəvəz orqanizmə vitaminlər və duzlarla bərabər,
həm də oksigen,su və Günəş enerjisi də daşıyır. Bunu nə ət-yağ edə bilir, nə un
məmulatları, nə də şirniyyat. Onlar orqanizmə yalnız zülal, şəkər və nişasta
daşıyır. Halbuki meyvələrin və tərəvəzin tərkibində həm də təbii yağlar, təbii
nişasta, şəkər (fruktoza) kifayət qədərdir. Elə buna görə də yağlı ət, lazımsız
yağlar, un məmulatları, şirniyyat yeyən adamlar daha çox xəstələnirlər. Meyvə-tərəvəz
yeyən insanlar isə uzun ömür sürürlər.
Renglerine göre
xüsusiyyetlerinden qısa olaraq danışım.
Ağ rəngli meyvə tərəvəzlər
Bu meyvə-tərəvəzlərdə
alisin maddəsi bol miqdarda olur. Sarımsaqda isə daha çoxdur. Sarımsağa
qoxusunu verən də bu maddədir. Soğanın da tərkibində bol miqdarda olan alisin
infeksiyalara öldürücü təsir göstərir. İmmunitet sistemini gücləndirməyə qadir
olan ağ rəngli qidalar əsasən turp, sarımsaq, göbələk, soğan və kərəvizdir.
Yaşıl meyvə və tərəvəzlər
Bunların tərkibində
lutein maddəsi olur. Bu maddə əslində sarı rəngli olsa da, xlorofil maddəsi ilə
birləşərək göyərtiyə yaşıl rəng verir. Güclü bir antioksidant olan lutein
hüceyrələri qoruyur. Qaraciyər üçün də faydalı olan bu maddə əsasən boranı,
kivi, xiyar, ispanaq, paxla, brokoli və kələmdə bol miqdarda olur. Yaşıl rəngli
meyvə və tərəvəzlər xərçəng və infarkt riskini azaldır.
Bu qidalar doğum əsnasında
meydana gələ biləcək qüsurlara maneə törədir. Yaşıl rəngli meyvə və tərəvəzlərin
bir digər faydası isə qırmızı qan hüceyrələrinin, dişlərin və sümüklərin güclənməsinə
müsbət təsir göstərmələri və immunitet sistemini qüvvətləndirmələridir.
Göyərti və meyvələrə
rəng verən maddələr sağlamlığa da təsir edir. Meyvələrin tərkibindəki
formsante, beta karoten, lutein, alisin kimi maddələr onlara rəng vermək
xüsusiyyətinə malikdirlər. Bu maddələrin sağlamlığınıza faydalarını bilsəniz,
üstünlük verməli olduğunuz meyvələri də asanlıqla seçəcəksiniz.
MƏNBƏ: Ayli Qulamova