
157
0
saglam_qidalanma / 2021-02-25 13:32:01
BİR BODYBUİLDER-İN 10 QİDALANMA QAYDASI
Instagramda direct mesajlarda gələn ən çox suallardan biridir. Nəzərə alaraq bugün sizlərə bu məqaləni təqdim edirik. Maraqlı mövzudur, vaxt itirmədən keçək mövzumuza.
Qidalanma
orqanizmdə maddələr mübadiləsinin requlyatorudur. Sizin nəyi və hansı miqdarda
yeməyinizdən orqanizmin psixi və fiziki tonusu, hormonal səviyyəsi və, nə qədər
təəccüblü olsa da, zehni inkişaf səviyyəsi asılıdır. Bodibildinqlə məşğul
olduqda, düzgün qidalanma çox böyük əhəmiyyət kəsb edir, çünki məhz qida məhsulları
əzələ kütləsinin yığılmasına kömək edirlər. Düzgün olmayan qidalanma rasionu
sizə çox baha başa gələ bilər: sizin trenajor zalındakı bütün əziyyətiniz hədər
gedə bilər.
Bodibilderin qidalanması, istər bu yeni başlayan
idmançı olsun, istərsə də təcrübəli peşəkar, 10 sadə qaydaya tabe olmalıdır.
Onların hamısına riayət etmək olduqca vacibdir, əks halda siz həm arzu
olunan nəticələrə nail ola bilməyəcəksiniz, həm də öz sağlamlığınıza zərər vura
bilərsiniz. Məhz düzgün qidalanma sizə ağır məşq yüklənmələrini
kompensasiya etməyə imkan verəcəkdir.
1. Yuxudan əvvəl
qida qəbul etməyin
Bodibildinqdə belə bir mif var ki, gec
vaxtı qidalanma çox faydalıdır. Guya ki, yuxudan əvvəl nə qədər tutumlu yesən,
o qədər yaxşıdır. İlk baxışda bu fikir məntiqəuyğun görünür, çünki metabolizm
prosesləri siz yatdığınız zaman da davam edir. Bu proseslərin piki səhər saat
4-ə təsadüf edir. Buna görə də, bir çoxları hesab edirlər ki, bu vaxta kimi mədəni
boş saxlamaq – kifayət qədər risklidir. Əslində, bu belə deyil. Orqanizmin
qidadan alınan enerjiyə tələbatı kritik göstəricilərə bir az gec çatır. Saat
7-8-də orqanizmdə, daha dəqiq desək qarayicərdə və əzələlərdə qlikogen
ehtiyatları tükənir, və məhz bu vaxtı kalorili qidaya xüsusi əhəmiyyət verərək
yaxşıca yemək yemək lazımdır. Əsas diqqəti məhz qidalanmanın enerjililiyinə
vermək lazımdır. Səhər yeməyi zamanı mümkün qədər çox miqdarda yüksək enerji dəyərinə
malik olan məhsul yemək lazımdır.
Əgər yuxudan əvvəl belə etsəniz, enerji axını
yuxunun dərinliyini pozacaq, onu daha narahat edəcəkdir. Səhər sizə lazımi
gümrahlığı gətirməyəcək, özünüzü yuxulu və əzgin hiss edəcəksiniz. Bundan
başqa, əzələlərdə bərpa prosesləri pozulacaq, dərialtı piy qatı daha qalın
olacaqdır. Bunun səbəbi ondadır ki, gecə vaxtı qanda şəkərin səviyyəsi kifayət
qədər sabit olur, orqanizmə daxil olan karbohidratlar qlikogen ehtiyatını
doldurmurlar, onlar piyə çevrilirlər. Məhz buna görə bodibilderin rasionunda
şam yeməyinin enerji dəyəri sutkalıq ümumi kalori miqdarının ən çoxu 25%-ni təşkil
etməlidir.
2. Zülal mənbələri
fərqli olmalıdırlar
İstənilən bodibilder öz qidalanma rasionunda
zülal mənbələrini mümkün qədər müxtəlifləşdirməlidir. Yalnız ət yox, həm də
bitki mənşəli zülallar yemək lazımdır. Məhz bu yolla siz əzələləri bütün növ
amin turşuları ilə təmin edə biləcəksiniz. Bodibilder bilməlidir ki mal ətindən,
balıqdan, quş ətindən, qoz-fındıqdan və s. alınan zülalların tərkibində amin
turşularının nisbəti insan üçün heç də optimal deyil. Onlarda bəzi amin
turşuları bol ola, digərləri isə əksinə, çatışmaya bilər. Buna görə də, yorucu
məşqlərdən sonra siz doyunca mal əti yesəniz də belə, bu heç də o demək deyil
ki, siz lazım olan bütün amin turşularını və lazımi qidalandırıcı maddələri tam
şəkildə alacaqsınız. Öz qidalanmanızı müəyyən bir ət növü ilə məhdudlaşşdırmayın,
və onda sizin orqanizminiz bütün lazımi amin turşusu növlərini alacaq,
qidalanma isə həqiqətən də faydalı olacaqdır.
3. Vaxtında
yemək yemək lazımdır!
Qida qəbulu müntəzəm olmaqla yanaşı, həm də orqanizmin qidalandırıcı maddələrə olan tələbatı yüksək həddə olduğu vaxta təsadüf etməlidir. Buna görə də, məşqi başa çatdırdıqdan sonra, siz minimum 50 qram karbohidrat qəbul etməlisiniz, çünki bu məqamda qlikogen ehtiyatları artıq tükənmiş olur. Belə durumu orqanizm çox təhlükəli hesab edir və əzələlərin zülallarını dağıtmağa başlayır ki, onlardan şəkər sintezi üçün lazım olan komponentləri ala bilsin. Daha sonra şəkər qlikogen ehtiyatlarının doldurulmasına xərclənir. Bunun qarşısını almaq üçün məşqdən sonrakı yarım saat ərzində karbohidratlar qəbul etmək lazımdır. Buna oxşar proses zülalla da baş verir. Buna görə də, məşqdən sonrakı 1 saat ərzində minimum 30 qram zülal qəbul etmək lazımdır. Yadda saxlayın ki, karbohidrat və zülallar uyğun olmayan vaxtda qəbul edildikdə, öz dəyərlərini itirirlər.
4. Kiçik
porsiyalarla yeyin
Bodibilder gündə ən azı 4-5 dəfə yemək yeməlidir.
Hər bir qida qəbulu qısamüddətli enerji sıçrayışı ilə müşayiət olunur. Bu
sıçrayışlar insan orqanizmində sutka ərzində minimum 2-3 dəfə baş verən “iş
qabiliyyəti düşüşlərini” kompensasiya edirlər. Kiçik porsiyalarla qida qəbulu
qidalandırıcı maddələrin mənimsənilməsinə müsbət təsir göstərir, qida daha tez
və effektiv şəkildə həzm olunur. Bundan başqa, kiçik dozalarla tez-tez
qidalanma əzələ zülalının parçalanmasını gecikdirir!
5.
Yaxşı-yaxşı çeynəyin
Həzm prosesinin birinci mərhələsi - qidanın ağız
boşluğunda xırdalanmasıdır. Bu mərhələdə karbohidratların mənimsənilməsinə
imkan verən amilaza enzimi ifraz olunur. Bundan başqa, qidanın yaxşı çeynənilməsi
onun xırdalanmasına gətirib çıxarır, bu isə onun yaxşı həzm olunmasını təmin
edir. Masa arxasında olarkən, tələsməyin, 1 tikəni 20 dəfəyədək yaxşı-yaxşı
çeynəyin. Belə bir sadə qida qəbulu üsulu zülalın mənimsənilmə dərəcəsini
minimum 20% artırmağa imkan verir. Tələm-tələsik qəlyanaltı etməyin. Sizin
kiçik bir qida parçasını dişləməyə, onu yaxşı-yaxşı çeynəməyə və yalnız bundan
sonra onu udmağa kifayət qədər vaxtınız olmalıdır.
MƏNBƏ: atlet.az