
165
0
saglam_qidalanma / 2021-02-25 18:08:49
BƏDƏN QURULUŞUNA GÖRƏ QİDALANMA REJİMİ
Instagramda və facebook-da ən çox gələn suallardan biridir. Qidalanma rejimimi nəyə görə qurmalıyam? Bu məqaləmiz sizə çox kömək olacaq.
İnsanın bədən quruluşunun üç
tipi mövcuddur. Ektomorf - arıq, sürətli, enerjili Mezomorf - orta, əzələli
Endomorf - kökəlmiş, ləng
Bədən quruluşunun hər üç tipində mübadilə proseslərinin sürəti
müxtəlifdir.
Ektomorfun orqanizmində hər şey sürətlə "yanır". Bu
tip bədən quruluşu üçün kökəlmə təhlükəsi yoxdur. Onun bədəni arıq, sümükləri
uzun, bədən quruluşu kövrək, piyləri az və əzələləri zəifdir. Onun üçün əzələ
kütləsini yığmaq çətindir. Lakin ensiz sümüklər və piyin yoxluğu sayəsində,
onun əldə etdiyi əzələ kütləsi çox estetik görünür.
Endomorf isə, əksinə, tez kökəlir. Onda metabolizm — zülal,
yağ və karbohidratların "yanması" ləng gedir. Üstəlik orqanizmin
enerjiyə olan tələbatı da azdır. Bu, piy toxumasının artıqlığını izah edir... Bədən
yumru və yumşaqdır, piy çoxdur. Bu tip bədən quruluşuna malik olan insanlar adətən
ümumi əzələ kütləsini asanlıqla yığırlar. Lakin bu kütlə çox yumşaqdır. Bu tip
üçün əsas çətinlik artıq piydən qurtulmaqdır.
Mezomorflar anadangəlmə inkişaf etmiş əzələlərlə fərqlənirlər...
Onların sümüyü qalın, əzələləri həcmlidir. Bu tip bədən quruluşuna malik olan
insanlar çox vaxt kvadrat kimi göründüklərinə fikir verməyərək, əzələ kütləsini
asanlıqla yığırlar.
Effektiv qidalanma planı
Effektiv qidalanma planını tərtib edərkən yuxarıda qeyd
olunanları nəzərə almaq lazımdır.
Bədən quruluşunun hər bir tipi qida rejiminə və onun tərkibinə
özünəməxsus şəkildə reaksiya verir. Bütün tiplərin metabolizminə xas olan ümumi
xüsusiyyətləri Siz artıq bilirsiniz. İndi gəlin bədən quruluşunun konkret tiplərinə
nəzər salaq.
EKTOMORF (əlinə gələni ye, özü də çox ye)
Ektomorfun əsas problemi kütlə çatışmazlığı olduğu üçün, o,
özünə qida ilə bağlı məhdudiyyətlər qoymaya bilər.
Pəhriz xüsusiyyətləri: ektomorfa gündə çəkinin hər
kiloqramına 3.5-5 qram zülal lazımdır, özü də zülallar gündəlik kalorilərin təxminən
30%-ni təmin etməlidirlər. Karbohidratlar gündəlik kalorilərin təxminən 50%-ni,
yağlar isə - 20%-ni təchiz etməlidirlər. Əzələ kütləsinin artması üçün gün ərzində
daxil olmuş kalorilər tam yanmamalıdırlar.
Daimi olaraq yüksək keyfiyyətli zülalın, təmiz
karbohidratların və yağların daxil olması çox vacibdir. Gündəlik kalori norması
2,000-2,500 kalori təşkil etməlidir.
Bədən quruluşunun bu tipi üçün kalorilər ən mühüm amildir.
Ektomorflara hər 2,5-3 saatdan bir qidalanmaq lazımdır.
Əgər Siz gün ərzində çox məşğulsunuzsa, qarışıq qida əvəzedicilərindən, idman
qdalarından(Mass Builder və yaSerious Mass) və müxtəlif idman
"batonlarından" istifadə edin. Əgər imkan varsa, uzun müddət ac
qalmamaq üçün həmişə özünüzlə yeməyə və içməyə bir şey götürün.
Əlavələrdən, gündə iki dəfə zülal və ya karbohidrat-zülal
qarışığı qəbul etmək tövsiyə olunur. Məşqlər üçün lazım olan enerji səviyyəsini
dəstəkləmək və adaptasiyanı yaxşılaşdırmaq üçün qidaya kreatin əlavə etmək olar.
Ektomorf məşqdən əvvəl və sonra qidanın müntəzəmliyinə və
düzgünlüyünə əməl etməlidir. Karbohidratlarla həddi keçməyə çəkinməyin: təcrübə
göstərir ki, məşqdən əvvəl karbohidratlarla zəngin qidanın qəbulu güc məşqi
zamanı katabolizmi (dağıdıcı prosesləri) xeyli azaltmağa qadirdir. Eyni zamanda
məşqdən sonra bu cür qida qəbulu güclü anabolik (bərpa prosesi və böyümə)
effekt verir.
ENDOMORF (yağlı yemək az olmalıdır)
Pəhriz xüsusiyyətləri: hər şeydən əvvəl yağ qəbulunu azaltmaq
lazımdır. Sizin bütün zülalınız yağsız balıq, dərisiz toyuq sinəsi, yumurta ağı
və hind quşunun yağsız hissələri kimi pəhriz məhsullarından daxil olmalıdır.
Bitki qidası əhəmiyyətlidir, amma ondan zülal mənbəyi kimi istifadə etmək lazım
deyil. Günün birinci yarısında meyvə qəbulunu məhdudlaşdırın. Karbohidratlardan
yalnız kartof, uzun düyü və paxlalılar kimi mürəkkəb karbohidratları yeməyə
çalışın.
Qidalanma tezliyi: gündə 5-7 dəfə kiçik miqdarlarda qida qəbulu.
Bu metabolizmi normallaşdırmağa və onu lazımi səviyyədə saxlamağa kömək edəcək.
Yağlı süd məhsullarından, müxtəlif buterbrodlardan (kolbasa,
vetçina, hisə verilmiş məhsullar və s.), tamdəyərli olmayan zülal mənbələrindən,
alkoqol və limonadlardan uzaq olun.
Yağlı məhsullardan, hər cür buterbrodlardan və alkoqoldan çəkinin.
Çox gec və ya tez-tez yeməyin və masa arxasından doyduğunuzu hiss etməzdən əvvəl
durun.
Endomorf üçün əsas amil kalorilərdir. Əgər çəkini azaltmaq məsələsi
gündəmdədirsə, mütləq kalorilərin miqdarını azaltmaq və səhvlərə yol verməmək
üçün onları daha dəqiq hesablamaq lazımdır.
İdman diyetoloqları əsas zülal mənbəyi kimi dərisiz toyuq sinəsini,
balıq və yumurta ağını istifadə etməyi israrla məsləhət görürlər. Bu yolla siz
daha çox toxluq hiss edəcəksiniz. Əgər siz çəki atırsınızsa, nişastalı
karbohidratları azaldıb daha çox tərkibində sellüloz olan lifli karbohidratlar
qəbul edin. Kiçik porsiyalarla zülal və sellülozla zəngin olan qida ilə tez-tez
qidalanma artıq çəkini atmağa kömək edəcək.
MEZOMORF (bəxtəvərsən, amma rahatlaşma)
Pəhriz xüsusiyyətləri: çəkinin hər kiloqramına gündə 2,5 qram
zülal (yumurta ağı, pəhriz hinduşka əti, dərisiz toyuq sinəsi və balıq).
Karbohidratlar kifayət qədər böyük (ümumi gündəlik miqdarın 60%-65%-i) miqdarda
kalori ilə təchiz etməlidirlər. “Yağ” kalorilərinin miqdarını gündəlik miqdarın
15%-i daxilində saxlamaq lazımdır.
Qidalanma tezliyi: gündə 5-7
qida qəbulu.
Sizə zülallı kokteyllər və qarışıq qida əvəzediciləri məsləhət
görülür. Hər həftə eyni şeyi eyni miqdarda yeməyin — müxtəliflik burada çox önəmlidir.
Siz əzələ kütləsini kifayət qədər asanlıqla yığırsınız və piyləri asanlıqla
atırsınız. Bəs bundan niyə faydalanmamalı?
Mezomorflara təbiət genetik olaraq çox şey vermişdir. Bu,
idman üçün ən yaxşı bədən quruluşu tipidir. Bəzi tədqiqatlar göstərir ki, bu
tip atletlər gündə məşqlərdə və istirahət zamanı, eyni yaşda, eyni boyda və
eyni dərialtı piy faizinə malik olan başqa insanlarla müqayisədə, daha çox
kalori sərf edirlər.
Amma çox vaxt mezomorflar tənbəlliyə meyilli olurlar. Onlar bəzən
sistemsiz və ya strategiyasız məşq edir və qidalanırlar. Rasionunuzu qaydaya
salın, gündəlik tələb olunan zülal, karbohidrat və yağların, eləcə də qida əlavələrinin,
bir sözlə lazım olan bütün tikinti bloklarının miqdarını dəqiq hesablayın!
MƏNBƏ: atlet.az